Buy cookbooks at http://CookbooksPlus.com
Buy cookbooks at
http://CookbooksPlus.com
member logon   about the Circus   search for recipes   print this recipe   mimi's cyber kitchen
free registration   member pages   what's new   email this recipe   discussion boards

Bəstəkar Kamal Rüstəm oğlu Əhmədli

Məqsədim yaradıcılığımı təbliğ etmək və qarşı tərəflə əlaqə yaratmaqdan ibarətdir.

Kamal Rustəm oqlu Əhmədli 1948-c ildə Naxcivan səhərində anadan olmusdur.Tar ixtisasi uzrə ibtidai musiqi təhsilini Naxcivan səhər usaq musiqi məktəbində,orta musiqi təhsilini isə Baki səhərində A.Zeynalli adina Musiqi Texnikumunda almisdir.Texnikumda oxuduğu illerdə polifoniya,harmoniya,analiz və s.musiqi elmlərinə yiyələnmiş,dünya musiqisi ilə tanış olmuşdur.Muğam sənətinin sirlərini muğam bilicisi,ustad Əhməd Bakıxanovdan öyrənmişdir.Məhz bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır.Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur.1973-cü ildə A.Zeynallı adına musiqi texnikumunun xalq çalğı şö`bəsinin tar sinifini bitirmiş,işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır.K.Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətleri Orkestri sayılan bu kollektivin konsertleri dəfələrlə Naxçıvan televiziyası ile gösterilmiş,bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.Məhz bu illərdə onun bəstəkarlığa olan marağı dahada artmış,orkestr üçün bir sıra işləmələr və mahnılar yazmışdır.İki il Ordubadda,bir il Naxçıvan musiqi məktəbində işlədikdən sonra 1976-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şö`bəsinə daxil olur.Lakin bəstəkarlığa olan həvəsi onu 3 il sonra yenidən konservatoriyanin bəstəkarliq şö`bəsinə imtahan verərək bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirməyə sövq etmişdir.Respublikamızın görkəmli bəstəkarı,professor Xəyyam Mirzəzadənin sinifində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir,eyni zamanda dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərək,özünün fərdi yaradıcılıq üslubunu müəyyən etmişdir.Musiqin bir çox yanrlarsnda əsərlər yazan Kamal Rüstəm oğlu öz dəstixəttini püxtələşdirməyə nail olmuşdur.Təhsil illərində yazdığı fortetepiano üçün "Prelüd və fuqalar", "Variyasiyalar", tar üçün "Sonata", simli alətlər ansamblı üçün "Kvartet" və s. əsərlər onun professional yaradıcılığının ilk dövrünü təşkil edir. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası musiqisevərlərin rəğbətini qazanmışdır. Diplom işi kimi Böyük simfonik orkestr üçün yazdığı "Cavid" simfonik poeması təhsil illərinin ən mükəmməl və uğuru əsəri hesab edilə bilər. Bəstəkar bu əsərdə orkestrin tembr xüsusiyyətlərindən, imkanlarından bacarıqlı istifadə edərək polifonik səpkili əsas mövzunun müxtəlif kolorit və ritmik dəyişikliyə uğrayan inkişafı vasitəsilə nakam şairimiz Hüseyn Cavidin keşməkeşli, ağır taleyini göstərməyə çalışır. Müəllif xalq musiqisinin elementlərindən, muğam intonasiyalarından istifadə edərək əsərin simfonik dilini zənginləşdirmiş, milli koloritlə avropa musiqi koloritinin sintezini yaratmışdır. Təsadüfi deyil ki, bu poema 1988-ci ildə Ukrayna Respublikasının Xalq artisti Aleksey Fedoseyeviç Qulyaniskinin idarəsilə Krım Dövlət Filarmoniyasının simfonik orkestri tərəfindən ifa edilmiş və orkestrin repertuarına salınmışdır. Əsərin uğurlu ifası və özünəməxsus maraqlı bəstəkar manerası haqqında "Sovetskiy Krım" qəzetində musiqişünas Sokolik müsbət resenziya yazmaqla bərabər müəllifi böyük istedada malik musiqiçi adlandırmışdır. 1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə təhsilini başa vurduqdan sonra K.Əhmədli Naxçıvan şəhərinə gəlmiş, burada yeni yaranmış Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində fəaliyyətə başlamışdır. Bu illərdən başlayaraq o, yaradıcılığını Xalq çalğı alətləri orkestri ilə bağlamış, orkestr üçün müxtəlif səpkili əsərlər yazmış, transkripsiyalar və işləmələr etmişdir. Kamal Əhmədli mahnı yaradıcılığında əsasən naxçıvanlı şairlərin sözlərinə müraciət etmişdir. M.Nəsirlinin sözlərinə "Qızlar bulağı", H.Valehin sözlərinə "Qoşa çinar", "Yaqub Şirinoğlunun sözlərinə "Saçlarıma qar da yağdı", "Gözlərinə baxan zaman", E.Maqsudovun sözlərinə "Zəfər marşı", "Anacan", Rövşən Əhmədin sözlərinə "Bənövşə" digər şairlərin sözlərinə "Unutdun məni", Kaman səsi", "Bu yolu seçdim", "Keçmə" və s. mahnılar yazmışdır. "Azadlıq türküsü", Sevdam" mahnılarının sözləri isə bəstəkarın özünə məxsusdur. Xalq çalğı alətləri orkestrinə dərindən bələd olan Kamal Əhmədli bir sıra orkestr əsərləri yazmışdır. "Cəngi", "Süita", "Naxçıvan eskizləri", "Rekviyem" kimi əsərləri öz orijinallığı ilə fərqlənir. Azərbaycanın azadlığı uğrnda həlak olmuş şəhidlərə həsr olunmuş "Rekviyem" əsəri xalq çalğı alətləri orkestrinin janr xüsusiyyətlərini aşaraq simfonikliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, bu əsər dəfələrlə "Şəhidlər" simfoniyası adı altında səsləndirilərək Naxçıvan televiziyası ilə göstərilmişdir. 1985-ci ildən 1997-ci ilədək Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin yaranmasında və formalaşmasında böyük zəhməti olan Kamal Əhmədlinin idarəsilə bu orkestr Bakı, Sumqayıt şəhərlərində dəfələrlə müvəffəqiyyətli konsertlər vermişdir. Bəstəkarın yaradıcılığı xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlərlə məhdudlaşmır. O, bir sıra vokal, instrumental və simfonik əsərlərə müraciət etmiş, qarışıq xor üçün "Fuqa", aşıq mahnıları mövzusu əsasında "Kapellalar", böyük simfonik orkestr və fortepiano üçün "Konsert", kamera orkestri üçün "Simfoniya" və s.əsərlər yazmışdır. Bəstəkarın kamera orkestri üçün yazdığı 3 hissəli "Simfoniya" Türkiyənin istedadlı dirijoru Saim Akcılın rəhbərlik etdiyi İstanbul-Borusan Oda Orkestri tərəfindən səslənmiş və orkestrin daimi repertuarına salınmışdır. Keçmiş SSRİ Bəstəkarlar İttifaqının üzvü olan Kamal Əhmədli hal-hazırda Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Təşkilatının məsul katibi olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetində pedoqoji fəaliyyətini də davam etdirir.Musiqi ictimaiyyəti yaradıcılığının kamil dövrünü yaşayan bəstəkar Kamal Əhmədlidən çoxlu yeni və maraqlı əsərlər gözləyir.

Recipe Categories:
CategoryLast Updated
APPETIZERS (1 )Mon 10/Oct/2005 04:46:10
Gencpianocu (1 )Mon 10/Oct/2005 05:05:47
UlvuEhmedov (1 )Mon 10/Oct/2005 05:03:07
kamal2 (1 )Mon 10/Oct/2005 04:03:08
Browse ALL Recipes
Total Number of Recipes4

Other Places to go:

Bəstəkarlar
Azəri musiqisi
Musiqi jurnalı

Please Sign My Guest Book


Kamal Rüstəm oğlu Əhmədli

This page was generated by ezhomepg.pl found at manny juan's script page


 

 

 


previous page | recipe circus home page | member pages
mimi's cyber kitchen |
 



       

You are visitor number